Türkiyənin Rize şəhərində dövlət xəstəxanasında atışma olub. 

"Unikal" haberler.com-a istinadən xəbər verir ki,  təcili yardım xidmətinə gələn naməlum şəxs silahını çıxararaq təsadüfi atəş açıb. Hadisədə 1 polis, 1 jandarma, 1 səhiyyə işçisi və 2 xəstə güllə yarası alıb.

Atışma anbaan kameralara əks olunub. Hücumdan sonra qaçmağa çalışan şübhəli tutularaq nəzarətə götürülüb. Yaralılar təcili yardım maşınları ilə Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. 

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb. 

Gülayə Mecid