Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük yığımları alınmayacaq.