Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

“Unikal” xəbər verir ki, yenilənmiş qanuna əsasən, gələn ildən pərakəndə malların satışı ilə bağlı nəzarət-kassa aparatının çeki üzrə 4 000 manatdan, eləcə də tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.