Əməkdar incəsənət xadimi Cavanşir Quliyev dünən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, Aygünü ilk dəfə səhnəyə gətirən bəstəkar yazıb: 

"Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim, uzun sürməyəcək həyatın... Heyf səndən, qızım...".

Cavanşir Quliyev daha sonra Aygün Bəylərin 1993-cü ildə oxuduğu ilk mahnını paylaşıb.