Rejissor Kristofer Nolan "Qızıl Qlobus" mükafatına layiq görülüb. 

"Unikal" xəbər verir ki, o, bunu "Oppenheimer" filminə görə alıb. 

Eyni zamanda, “Oppenheimer” “Ən yaxşı dram filmi” nominasiyasında da “Qızıl Qlobus”u qazanıb.

"Oppenheimer" kino tarixində ən çox gəlir gətirən bioqrafik film olub. Film dünya miqyasında 912 milyon dollar gəlir əldə edib.