Əməkdar artist teatr və kino aktyoru, rejissor Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə sənətçinin özü bildirib.

Onun sözlərinə görə, açıq ürək əməliyyatına qərar verilib.

“Bir neçə gündür, özümü pis hiss edirəm. Anju edilmişəm. Bir neçə günə açıq ürək əməliyyatı olunacağam. Gözləyirik”, - o əlavə edib.