Fransanın Monpelye şəhərində müğənni-bəstəkar Qi Bonne 78 yaşında dünyasını dəyişib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Fransanı 1968 və 1970-ci illərdə "Avroviziya" yarışmasında təmsil edən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, mərhum musiqiçi Mirey Matie, Silvi Vartan və digər sənətçilər üçün mahnılar da yazıb.