Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Moskvanın Savyolovski Məhkəməsi tərəfindən 50 min rubl (945 AZN) cərimələnib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bundan əlavə, avqust ayında o, xarici agent kimi səlahiyyətli orqana hesabat təqdim etmədiyinə görə cərimələnib. Bildirək ki, Rusiya Ədliyyə Nazirliyi Əsgərovu 2022-ci ilin dekabrında xarici agentlər siyahısına əlavə edib. 

Gülayə Mecid