Gürcü əsilli yazıçı Boris Akunin (əsl adı Qriqori Çxartişvili) Rusiya Federasiyası tərəfindən beynəlxalq axtarışa verilib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, Moskvanın Basmannı rayon məhkəməsi Akunini iki ay müddətinə qiyabi həbs edib. Həbs müddəti yazıçının Rusiya ərazisində faktiki olaraq tutulduğu və ya Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.

O, Rusiyada “Terrorçuluğa ictimai bəraət” və “Rusiya Silahlı Qüvvələrinin tətbiqi barədə bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması” maddəsi ilə ittiham olunur. 

Gülayə Mecid