Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

"Unikal" xəbər verir ki, məhkum Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı 4 ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.