Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşü olacaq. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra açıqlamasında deyib. 

O bildirib ki, görüş yaxın vaxtlarda baş tutacaq. 

“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”, - deyə Paşinyan qeyd edib.