Türk Dövlətləri Təşkilatının zirvə görüşü bu il iyul ayında Şuşa şəhərində keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. 

"Türk Dövlətləri Təşkilatının zirvə görüşü Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada iyul ayında keçiriləcək. Bir sonrakı mərhələdə can Azərbaycanla qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində sərgilədiyimiz yolumuza davam edəcəyik. 

Əziz qardaşımın timsalında bütün Azərbaycan xalqına 6 fevral zəlzələsində göstərdiyi əzəməyə görə təşəkkür edirəm. Azərbaycan digər yardımları ilə bərabər, Kahramanmaraşda 320 hektarlıq ərazidə min ədəd mənzil və 799 iş yeri inşa edir", - deyə Türkiyə lideri qeyd edib. 

Ağarza Elçinoğlu