Sosial şəbəkələrdə Heydər Əliyev prospekti istiqamətində hərəkət edən və arxasına "qatil" yazılmış “Toyota Prius” markalı avtomobilin sürücüsü saxlanılıb. 

Bu barədə "Unikal"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

“Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”, - deyə qurum rəsmisi qeyd edib. 

Nuranə Abbasova