Bərdədəavtomobil piyadanı vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, Bərdə şəhər sakini 1995-ci il təvəllüdlü Rzayev Elvin Qinyaz oğlu idarə etdiyi qardaşı Rzayev Emin Qinyaz oğluna məxsus “Opel Astra” markalı 99-OM-593 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan zaman yolu keçməkdə olan1988-ci il təvəllüdlü Vəliyev Aqşin Rafil oğlunu idarə etdiyi avtomobil ilə vurub.

Nəticədə Aqşin Vəliyev aldığı xəsarətlərdən fevralın 25-də Bərdə rayon mərkəzi xəstəxanasında ölüb. 

Fakta görə Bərdə RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.