"Real"ın zədəli futbolçusu Cud Bellinqemin sıraya dönəcəyi vaxt məlum olub.

"Unikal" "Marca"ya istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi martın 6-da Çempionlar Liqasında "Leypsiq"ə qarşı keçiriləcək 1/8 final oyununa kimi hazır olacaq. Baş məşqçi Karlo Ançelotti şans versə, o, meydana çıxacaq.

La Liqanın 27-ci turunda martın 2-də "Valensiya" ilə keçiriləcək oyunda isə onun oynaması risklidir. 

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm 29 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə edib. O, fevralın 10-da La Liqanın 24-cü turunda "Jirona" ilə keçirilən oyunda zədələnib.