İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.