Tovuzda yeniyetmə qız zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Azaflı kəndində keçirilən toyda baş verib.

Gəncə şəhər sakini olan 16 yaşlı P.Əmrahova toyda alkoqollu içkidən zəhərlənərək şok vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dərhal 16 yaşlı  qıza ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, P.Əmrahova alkoqollu içkidən zəhərlənib.

Faktla bağlı araşdırmalara başlanıb.

Tural Əhmədov