Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Gədəbəy şəhərin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, rayonun Gərgər kəndindən 2 nəfər 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər.

Dərhal onlara yadım edilib, vəziyyətlərinin normal  olduğu bildirilir. İlkin məlumata görə, zəhərlənən şəxslərin yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Fakt araşdırılır.

Tural Əhmədov