"Yuventus"un ulduz futbolçusu Pol Poqba dopinqdən istifadə etdiyinə görə 4 illik cəzasının ardından Rusiyadan sürpriz təklif alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Media Futbol Liqası komandalarından olan “Broke Boys” Poqbaya həvəskarlar liqasında oynamağı təklif edib. 

Poqbaya ayda təxminən 1300 avro və lüks yaşayış kimi əlavə üstünlüklər təklif edilib. Lakin ulduz futbolçu bu təklifi rədd edib. 

"Bu, zarafat kimi görünə bilər, amma biz ona zəng etdik. O, nəzakətlə bizi rədd etdi. O, çıxılmaz bir prosesdən keçir və bunu qəbul etmək üçün vaxt lazımdır. Poqba dünyanın ən yaxşı futbolçularından biridir və o, uzun müddət oynaya bilməyəcək”, - deyə klubun direktoru Artyom Çaçaturyan deyib.

Qeyd edək ki, Poqba fevralın sonunda dopinqə görə diskvalifikasiya edilib və 4 il futboldan uzaqlaşdırılıb. 

Nuranə Abbasova