İspaniyanın paytaxtı Madriddə yerli komanda “Atletiko Madrid” və “Barselona” arasında İspaniya La Liqasında 29-cu turunun oyunu baş tutub.

"Unikal" xəbər verir ki, görüş "Barsa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Joau Feliks (38-ci dəqiqə), Robert Levandovski (47) və Fermin Lopes(65) vurub.

“Barselona” 64 xal toplayaraq ikinci pilləyə yüksəlib. “Atletiko” 55 xalla beçinci pillədə qalıb.