Ötən il oktyabr ayının 25-də Səbail rayonu ərazisində "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobillə 31 yaşlı Ukrayna vətəndaşı Şepel Viktoriya Vladimirovnanı vuraraq öldürən İbrahimova Sevinc Adil qızının məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən  Sevinc İbrahimovanın məhkəmə prsesinin ilkin iclası mart ayının 29-da hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı Sadykov Azat Oleqoviçdə xəsarət alıb. 

Xatırladaq ki, ötən il oktyabrın 24-də gecə saatlarında Denis adlı oğlan, Qazaxıstan vətəndaşı, Sevinc İbrahimova və yaxın dostları Aydın Nəsirov küçəsində yerləşən “Manqal” restoranında yeyib-içiblər. Sonra saat 23 radələrində Sevincin xanımın rəfiqəsi Şepel Viktoriya restoranın yaxınlığındakı köşkə yaxınlaşıb. Bu zaman Sevinc İbrahimova Denisin "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobilinə əyləşərək onun üzərinə sürüb.

Nəticədə Şepel Viktoriya Volodimirvnaya aldığı xəsarətdən ölüb. Oktyabrın 25-də faktla bağlı Səbail Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Sevinc İbrahimova həbs edilməyib. 

Azər İsrafilov