Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər ikitərəfli münasibətlərin inkişafı, eləcə də Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər

“Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə edilib”, - deyə açıqlamada bildirilir. 

Qeyd olunur ki, Rusiya Federasiyası və Türkiyə liderləri “beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələləri də müzakirə ediblər”.