Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə daxil olub.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara - red.) kəndinin sakinləri ilə görüşündə bildirib.

O, sərhədlərin dəqiqləşdirilməsinə Bağanis-Berkaber hissəsindən başlamağın mümkünlüyünü diqqətə çatdırıb.

O əlavə edib ki, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.

Nuranə Abbasova