Ermənistan kifayət qədər ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanla sərhəd kəndlərin sakinləri ilə görüşü zamanı deyib.

Paşinyanın sözlərinə görə, təhlükəsizlik problemlərini həll etmək üçün Ermənistan özünə güvənməlidir: "Bizim ixtiyarımızda olan resurs, alət legitimlikdir. Biz fəal olmalıyıq ki, Ermənistanın sərhədlərini bu beynəlxalq səviyyədə tanınan ərazi çərçivəsində qeyd edək. 

Mən bura ona görə gəldim ki, demarkasiya prosesi bəzi yaşayış məntəqələrimiz üçün müəyyən problemlər yarada bilər, amma digər tərəfdən, ərazidə demarkasiya və delimitasiya prosesinə Bağanisdən Berkaberə, ya da bir az daha uzağa qədər başlayaq. 

Demarkasiya odur ki, biz xəritədə sərhədin koordinatlarını müəyyənləşdiririk, delimitasiyada isə deyirik ki, Ermənistan burada başlayır və ya bitir".

Ağarza Elçinoğlu