Gürcüstanın hakim “Gürcü arzusu” partiyası LGBT təbliğatını qadağan edən qanun layihəsini təqdim edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Priveli TV məlumat yayıb. 

Partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib ki, gələn həftə partiya bu barədə layihəni parlamentə təqdim etməyi planlaşdırır.

Onun sözlərinə görə, müxalifət siyasətçiləri bu təşəbbüsə qarşı mübarizə aparmağa hazırlaşır. 

Ağarza Elçinoğlu