Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə sosial aksiya keçirib.

"Unikal" xəbər verir ki, rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini və qaziləri ziyarət ediblər. Onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.

Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.