NATO-nun baş katibi Yens Stoltenberq regional səfər çərçivəsində Ermənistandadır.

"Unikal" xəbər verir ki, İrəvanda mətbuata açıqlama Yens Stoltenberq çıxışının üçdə birini Ukraynadakı müharibəyə həsr edib.

"Ukraynadakı müharibə sülhün dəyərini yada salan bir xatırlatmadır. Mən sizin Ukrayna ilə həmrəyliyinizi alqışlayıram", - NATO-nun baş katibi Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

NATO-nun baş katibi tərəfdaşları “Putinin işğalçılıq müharibəsində qalib gəlməməsi” üçün əllərindən gələni etməyə çağırıb.

Stoltenberq etiraf edib ki, döyüş meydanında vəziyyət ağırdır və buna görə də Ukraynaya yardımı artırmaq lazımdır.