"İnter Mayami" ilə Honq Konq millisi arasında fevralda keçirilən yoldaşlıq matçını stadiondan izləyən azarkeşlər biletə verdikləri məbləğin 50 faizini geri alacaqlar.

"Unikal" xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin superulduzu Lionel Messinin həmin qarşılaşmada zədə səbəbindən sonadək ehtiyatda qalmasıdır. 

Azarkeşlər 38 yaşlı forvardın çıxışını izləmədikləri üçün etiraz ediblər.

Qeyd edək ki, sözügedən qarşılaşmaya ən ucuz biletin qiyməti 115 avro olub.