"Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson Almaniya "Ayntraxt"ının ömürlük fəxri üzvü olub.

"Unikal" xəbər verir ki, məlumatı Frankfurt klubunun mətbuat xidməti yayıb.

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

Qeyd edək ki, 82 yaşlı mütəxəssis 1979/80 mövsümündə çalışdırdığı Şotlandiya "Aberdin"ini "Ayntraxt"a qarşı UEFA Kubokunun final matçına çıxarıb və məğlubiyyətə üzülüb.