“Fiorentina”nın baş direktoru Co Barone 57 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə İtaliya futbol klubunun mətbuat xidməti xəbər verir.

Bazar günü futbol üzrə İtaliya çempionatının 29-cu turunun “Atalanta” - “Fiorentina” matçı özünü pis hiss edən Baronenin xəstəxanaya yerləşdirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bazar ertəsi məlum olub ki, funksioner ağır vəziyyətdə reanimasiyadadır.

Baş direktor çərşənbə axşamı Milanın San Raffaele Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hazırda “Fiorentina” 43 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.