ABŞ hakimiyyəti səfirliklərdə LGBT bayraqlarının nümayişini qadağan edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Demokratlar Partiyasındakı mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, spiker Mayk Conson büdcə qanun layihəsinin qəbulu ilə bağlı sövdələşmənin bağlanması üçün belə bir qərarın verilməsini istəyib.

Nəşr yazır ki, bundan sonra səfirliklərə ABŞ dövlət bayrağından başqa hər hansı bayraq nümayiş etdirmək qadağan olunacaq. Qeyd olunur ki, Donald Trampı dəstəkləyən “Amerikanı yenidən möhtəşəm et” (Make America great again) şüarı ilə çəkilən rəsmlər qadağan olunacaq. 

Səfirlik əməkdaşlarının LGBT simvolları olan bayraqlardan şəxsi istifadəsi qadağan edilmir.