Almaniyanın “Hesse” freqatına məxsus hücum vertolyotu Yəmənin üsyançı Husilər Ənsar Allah hərəkatı tərəfindən buraxılan pilotsuz uçuş aparatını aşkar edərək məhv edib.

"Unikal" xəbər verir ki, Bu barədə Bild məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarə mülki yedək gəmisinə yaxınlaşan an vurulub. 

Nəşrin məlumatına görə, bu, ticarət gəmilərini qorumaq üçün Qırmızı dənizdə yerləşdirilən Hesse freqatının pilotsuz təyyarələri vurması ilk dəfə deyil. Fevralın sonunda gəmi yəmənli husilərin ilk hücumunu dəf edərək iki pilotsuz təyyarəni vurub. Lakin eyni zamanda freqat səhvən Amerika pilotsuz təyyarəsinə atəş açıb.

Ramil Zeynallı