Qərb aqressiv informasiya kampaniyaları ilə Rusiya Federasiyasının MDB ölkələri ilə birliyini pozmağa çalışır, bunun birliyə üzv dövlətlər üçün faciəvi nəticələri var”.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasında postsovet məkanında informasiya təsirinin işinə həsr olunmuş iclasda deyib.

“Məhz bu obyektiv şəkildə formalaşmış birlik və yaxınlığı Qərbin Rusiyaya və qonşularımıza qarşı aqressiv informasiya kampaniyaları ilə pozmağa çalışırlar. Bu cür hərəkətlər, ilk növbədə, postsovet məkanı ölkələri üçün ən faciəli nəticələrə gətirib çıxarır”, - deyə Zaxarova bildirib.

Eyni zamanda diplomat qeyd edib ki, Qərbin təsiri bu ölkələr üçün qaçılmazdır və Ukrayna buna misaldır:

“Ümumi informasiya məkanını gücləndirmək və qorumaq üçün maksimum qarşılıqlı əlaqəni təmin etmək MDB ölkələri ilə ümumi maraqlarımıza daxildir”.