Magistral su kəmərində baş vermiş qəza  ilə əlaqədar 23 mart 2024-cü il tarixində Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

"Bununla əlaqədar abonentlərdən üzr istəyirik", - deyə məlumatda qeyd olunub.