Moskvada terror hücumu nəticəsində xəsarət alanların dəqiqləşdirmiş sayı 180 çatıb.

"Unikal" xəbər verir ki, onlardan 142 xəstəxanaya çatdırılıb (sonradan 32-i evə yazılıb), 38-ə isə ambulator tibbi yardım göstərilib.

***18:00

“Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 137-yə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

***09:19

Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölən və yaralananların sayı açıqlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə,  terror aktı nəticəsində 3-ü uşaq olmaqla 133 nəfər həlak olub,  152 isə (8-i uşaq) yaralanıb.  Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü açıqlamışdı.