ABŞ-nin Missuri ştatında dolu böyük açıq dayanacaqda olan 300 avtomobilin şüşələrini sındırıb.

"Unikal" xəbər verir ki,  bu barədə ABŞ KİV-ləri məlumat yayıb.  

Qeyd olunur ki, lyuklu avtomobillər daha çox zərbə alıb, onların şüşə sahəsi daha böyükdür, bu da daha çox ziyan deməkdir. Bununla belə, KİV-in məlumatına görə, avtomobillərin sığortası var ki, bu sığortaya əsasən sahibləri ödənişləri ala biləcəklər.

Hadisə baş verən zaman dayanacaqda Mercedes-Benz, Infiniti, BMW, Nissan, Ford , Chevrolet və s. avtomobillər olub.