Təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

***18:22

İrəvanda polis idarəsinə hücumu 3 nəfər həyata keçirib, onlardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qumbara ilə silahlanmış bir nəfər hələ də şöbədə qalır.

***17:39

İrəvanda silahlı şəxslər Nor-Nork rayon polis idarəsinə hücum ediblər. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki,  onlar polis idarəsi yaxınlığında qumbara partladıblar.  

İlkin məlumata görə, hadisəni törədən şəxslər “Döyüş Qardaşlığı” təşkilatının üzvlərinin həbsdən azad olunmasını tələb ediblər. 

Yaralılar var.

Gülayə Mecid