Krokusda terror aktı ilə bağlı iki müttəhimə qarşı ittiham irəli sürülüb və onları ömürlük həbs gözləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, iş üzrə təqsirləndirilən şəxslər Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç mütəşəkkil dəstənin tərkibində bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunublar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi). Bu maddənin maksimum sanksiyası ömürlük həbsi nəzərdə tutur.

Bu gün məhkəmə müstəntiqlərin həbsi ilə bağlı vəsatətlərinə baxacaq.

***

23:38

Moskvada konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər məhkəməyə gətirilib, onlara qarşı rəsmi ittiham irəli sürülüb.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanlardan ikisi dəstə halında terror aktı törətməkdə ittiham olunub. Ümumilikdə terror aktında 4 nəfər şübhəli kimi saxlanılıb.

***18:12

Krokusda terror aktını törədənlər Rusiya Federasiyasının İstintaq Komitəsinə dindirilmək üçün aparılıb.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya teleqram kanalları video paylaşıb. 

Onlara qarşı qətimkan tədbirinin seçilməsi üzrə hərəkətlər icra olunacaq. Hücumda iştirakda şübhəli kimi 4 nəfər tutulub.

“Crocus City Hall”da törədilən terror aktı zamanı hadisə yerindən 2 “Kalaşnikov” avtomatı, 4 dəst döyüş sursatı və 500-dən çox patron müsadirə edilib.

Gülayə Mecid