“Crocus City Hall”da öldürülən Vüqar Hüseynov insanları xilas etməyə çalışıb.

"Unikal" xəbər verir ki, hadisə şahidlərindən biri tərəfindən lentə alınan videoda Vüqar Hüseynovun (yaşıl gödəkçədə) olduğu əks olunub.

O qaçmayıb, insanları xilas olunmağa kömək etməyə qərara alıb. Vüqar sütunun arxasında insanlar üçün barrikadalar qurmağa başlayıb.

Vüqar Hüseynov həyat yoldaşı Lilitlə birlikdə terror aktının qurbanı olub.