Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Unikal" xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il "Paris-2024"ə lisenziya əldə etmişdi.