Ağstafada 33 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə  rayonun Zəlimxan kəndində baş verib.

1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Tural Əhmədov