Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Bakı- Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Isuzu" və "Hyundai" markalı yük maşınlarının toqquşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü İsmayılov Anar Vidadi oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov