ABŞ prezidenti Co Bayden ölkədə fövqəladə vəziyyətin ölkənin kibertəhlükəsizliyinə təhlükə səbəbindən daha bir il uzadılmasına qərar verib.

"Unikal"ın məlumatına görə, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məlumata görə, ABŞ-da fövqəladə vəziyyət 2015-ci il aprelin 1-də tətbiq edilib.

"Kiberməkanda əhəmiyyətli zərərli fəaliyyətlər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdidlər yaratmaqda davam edir. Odur ki, 2015-ci il aprelin 1-də elan edilən fövqəladə vəziyyət 2024-cü il aprelin 1-dən sonra da qüvvədə qalmaqda davam etməlidir", - deyə bildirilib.

Qeyd edilib ki, qərar "Federal Reyestrdə dərc olunmalı və Konqresə göndərilməlidir".