"2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri hərtərəfli razılaşdırılıb". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 27-də Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

O, bundan əlavə,  Ermənistan və Fransa parlamentləri arasında inkişaf edən möhkəm əlaqələrə diqqət çəkib və yüksək səviyyədə intensiv ikitərəfli əməkdaşlıq faktını vurğulayıb.

Gülayə Mecid