Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçiləri onu qoruya bilməyəcək.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Spikerin sözlərinə görə, Rusiya dövlətlərarası sazişdən çıxmağın məntiqini göstərməyə çalışır: "Amma əslində idarələrarası saziş var idi, onun məqsədi həmin ərazidəki erməni sülhməramlılarına bu yükü yüngülləşdirməyə kömək etmək idi, artıq o yükü yüngülləşdirməyə ehtiyac yoxdur. İndi deyirlər ki, Türkiyə sərhəddi və s. Mən qəti şəkildə şübhə edirəm ki, Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçiləri onu qoruya biləcək və ya hərəkətə keçəcək". 

Ağarza Elçinoğlu