Astroloqlar 29 mart 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün qəfil maliyyə itkiləri ilə üzləşə bilərsiniz. Özünüzü güvənsiz hiss etdirən insanlar və hadisələrdən uzaqlaşacaqsınız. Bir müddətdir özünüzdə saxladığınız hissləri üzə çıxarmaq vaxtıdır. Xüsusilə gərginlik hiss etdiyiniz məsələlərdə geri çəkilmək çətin ola bilər.

Buğa:
Partnyorunuz və ya tərəfdaşlarınızla gərginlik yaşaya bilərsiniz. Güvəninizi sarsıdan hadisələr, içində olduğunuz mühiti tərk edib ani reaksiyalar göstərməyinizə səbəb ola bilər. Birgə iş və ideyalarla bağlı fikir ayrılıqları yaşaya bilərsiniz.

Əkizlər:  
Bu gün iş həyatınızla bağlı işlədiyiniz insanlarla bir araya gələ bilərsiniz. Fikirlərinizi bölüşmək istəyə bilərsiniz. Razı olmadığınız və ya razılaşmadığınız məsələlərə görə emosional inciklik ola bilər.

Xərçəng:  
Eşq həyatınızda dəyişən duyğularla mübarizə aparmalı ola bilərsiniz. Aşiq olduğunuz insana olan etibarınızı sarsıdacaq vəziyyətlərlə qarşılaşa bilərsiniz. Bununla belə, sevən və şəfqətli tərəfiniz hər şeyi yaxşılaşdırmağa kömək edəcək. 

Şir: 
Bu gün iş həyatı ilə ailə həyatı arasında seçim etməli olacağınız məsələlərlə üzləşə bilərsiniz. Dəyişən şərtlər güclü zəmin axtarışınıza səbəb ola bilər və ailənizdə etibar edə biləcəyiniz insanlarla birlikdə olmaq istəyəcəksiniz. Karyeranız və gələcəyinizlə bağlı qorxularınızı aradan qaldırmaq üçün yeni motivasiyalar qazanacaqsınız.

Qız: 
Ətrafınızdakı insanlarla fikir ayrılıqları yaşaya bilərsiniz. Qarşılaşdığınız məsələlərdə öz fikirlərinizi ifadə etməyiniz gərginlik yarada bilər. Səyahətlər və səyahət mövzusu ilə bağlı dəyişikliklər baş verəcək. Təhsil həyatınızla bağlı təlimçi və mühit dəyişiklikləri ola bilər. 

Tərəzi:  
Bu gün qazancınızda azalma və ya investisiyanızda ani itkilər ola və ya heç gözləmədiyiniz bir yerdən kömək ala bilərsiniz. Bu gün sevdiyiniz bir şeyə sahib olmaq üçün pul xərcləyəcəksiniz.

Əqrəb: 
Hisslərinizi ifadə etmək istəyə və güvəninizi itirdiyiniz insanlarla münasibətinizi bitirə bilərsiniz. Özünüzü ifadə etmək və hər kəsə indi dəyişdiyinizi söyləmək istəyə bilərsiniz.

Oxatan: 
Bu gün bir müddətdir içərisində olduğunuz duyğu və hisslərinizi ifadə etmək istəyə bilərsiniz. Qadınlarla aranızda fikir ayrılıqları ola bilər, işlədiyiniz insanlarla fikir ayrılığı yaşaya bilərsiniz. 

Oğlaq:  
Ətrafınızdakı insanlar və sosial çevrənizlə bağlı məsələlər sizi maraqlandıracaq. Dostlarınız və həmkarlarınızla fərqli ideyalara sahib olmaq işinizi təkmilləşdirməyə yardım edə bilər. Bu gün insanları dinləmək və onların fikirlərindən faydalanmaq istəyə bilərsiniz.

Dolça: 
Bu gün iş və ailə həyatınız arasında tarazlıq yaratmaqda çətinlik çəkəcəksiniz. Ailə daxilində baş verən dəyişikliklərə uyğunlaşmaq çətin ola bilər. Karyera və iş həyatınızla bağlı maliyyə məsələləri ilə bağlı xoş xəbərlər alacaqsınız.

Balıqlar:
Azadlığınızın məhdudlaşdırıldığını düşündüyünüz sahələrdə üsyan edə bilərsiniz. Ətrafınızdakı insanların hüquq və ədalət gözləntiləri ilə bağlı tarzlıq yaradacaqsınız. Ətrafınızdakı insanlarla fikir ayrılıqları yarana bilər.Fikirlərə deyil, intuisiyanıza diqqət etməkdə fayda var.

Zərifə Nağıyeva