Ucarda minik maşını idarəetmədən çıxaraq maneələrə çırpılıb. 

"Unikal"ın məlumatına görə, hadisə Qazıqumlax kəndi yaxınlığında baş verib.

"Range Rover" markalı avtomobil idarəetmədən çıxaraq qəza törədib.

Hadisə zamanı Bakı sakini, 1985-ci il təvəllüdlü Əsgərova Könül Zabit qızı və daha bir qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov