Ukrayna prezidenti Volodimir Zelenski prezident aparatının rəhbər müavinləri Andrey Smirnov və Aleksey Dneprovun tutduqları vəzifələrdən kənarlaşdırılması haqqında fərman imzalayıb.

"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, onları ofisdə müxtəlif vəzifələrdə çalışan Yelena Kovalskaya və əvvəllər ədliyyə nazirinin müavini olmuş İrina Mudraya əvəzləyib.

Medianın məlumatına görə, Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Smirnovun istefası Milli Antikorrupsiya Bürosunun (NABU) araşdırması ilə bağlıdır.