"Rusiya Ermənistana artıq əldə etdiyi silahların tədarükü ilə bağlı öhdəliklərinə çox ciddi yanaşır və tərəflər bu istiqamətdə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərirlər".

"Unikal" xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

"Bilirəm ki, Rusiya tərəfi bu öhdəliklərin yerinə yetirilməsinə çox ciddi yanaşır. Bəli, müəyyən obyektiv çətinliklər olub, bu, siyasiləşmiş məsələ deyil. İndi aktiv təmaslar, qarşılıqlı əlaqələr var, mövcud olan bütün müqavilələr növbəti iki ildə yerinə yetirilməlidir”, - deyə o qeyd edib.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2020-2024-cü illərdə Ermənistana silah tədarükü ilə bağlı sazişlərdə Rusiyanın payının 96%-dən 10%-ə qədər azaldığını bildirmişdi.