Ağsuda iki nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Əli Bayramov küçəsində baş verib. Həmin küçədə  yaşayan 1990-ci il təvəllüdlü Məmmədova Təranə Kəmaləddin qızı və 2013-cü il təvəllüdlü Osmanlı Ayan Amil qızı zəhərlənmə  diaqnozu  ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına  müraciət ediblər. Xəstəxanada müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin qənaətbəxş oldugu bildirilir.

Seymur Əli